Türkiyədə ilk yerli təyyarəni istehsal edən Nuri Dəmirağın mərhum İsmət İnönüyə yazdığı məktub ilk dəfə ortaya çıxıb.
Publika.az xəbər verir ki, Türkiyədə Nuri Dəmirağın istehsal etdiyi ilk yerli təyyarənin siyasi qarşıdurmaların qurbanı olduğunu göstərən yeni sənədlər üzə çıxıb. Sənədlər göstərir ki , Beşiktaş Barbaros Meydanında ilk təyyarə fabrikini, eləcə də Yeşilköy Atatürk Hava Limanının yerləşdiyi ərazidə “Səma Məktəbi”ni quran Nuri Dəmirağa İkinci Dünya Müharibəsi zamanı hökumət tərəfindən dəyərləndirilmirdi.
Ehtiyatda olan hava polkovniki Osman Yalçın tərəfindən yazılan və "Kronik Kitap" tərəfindən nəşr olunan "Türk Hava Müharibəsi Sənayesi Tarixi" adlı əsərdə Dəmirağın 28 noyabr 1939-cu ildə o zamankı prezident İsmət İnönüyə yazdığı məktub ilk dəfə nəşr olunub.
“Prezidentimiz İsmət İnönünün böyük hüzuruna” deyə başlayan məktubunda Demirağ “Mən əminəm ki, səmaya hakim olmayan millətlər yerdə sürünəcək, daha doğrusu, yerdə çürüyəcəklər”, - deyə əlavə edir.
Məktubunda hökumətdən kifayət qədər maraq və dəstək almadığını bildirən Dəmirağ məktubun sonunda belə deyib: “Xarakterim buna uyğun deyil, amma bu pulla 15- 20 bina tikib və ildə 150-200 min lirə gəlir əldə edə bilərdim. İstədiyim kimi də yaşayardım, amma etmədim”.
Dəmirağın prezident İsmət İnönüyə göndərdiyi ikinci məktubunda müdafiə sənayesi dövlət tərəfindən dəstəklənərsə, yeddi-səkkiz il ərzində Türkiyənin müdafiə sənayesini Alman müdafiə sənayesi səviyyəsinə, hətta ondan da yuxarı qaldıracağı qeyd edilir.
Kitabda ilk dəfə nəşr olunan yeni sənədlərdə Dəmirağın qarşısına qoyulan maneələrə və üzləşdiyi haqsızlığa qarşı hüquqi mübarizəyə başladığı da əks olunur.
Aysel Şahmar