ABŞ-İran danışıqlarının ikinci raundu Avropada baş tutacaq.
Qutb.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi parlamentə hesabatında bildirib.
Məlumata əsasən, Avropa aprelin 19-na planlaşdırılan İran-ABŞ danışıqlarının növbəti mərhələsinə ev sahibliyi edəcək.
Bildirilib ki, Avropadakı danışıqlar da Omanın vasitəçiliyi ilə aparılacaq.