21.05.25 | Bakı 18.03° C |
10:06:25
Lent :

Dövlət katibi Xəzərdən danışdı

21 may 2025 02:00
DÜNYA
ads
Advertisement

ABŞ Dövlət katibi Marko Rubio Xəzər interkonnektorunu tamamlamağın ABŞ və müttəfiqlərin maraqlarına uyğun olduğunu təsdiqləyib.

 

Qutb.az-ın məlumatına görə, Dövlət katibi Senatın Xarici Əlaqələr Komitəsi qarşısında ifadə verib.

 

Senator Stiv Deyns Türkmənistanın Azərbaycana, daha sonra Avropadakı interkonnektora qoşulması üçün 20 mil uzunluğunda qaz kəmərinin kifayət etdiyini deyib. O, bu interkonnektoru tamamlamağın ABŞ-ın marağında olub-olmadığını Marko Rubiodan soruşub.

 

“Düşünürəm ki, bəli. Mən bu 20 mil ilə bağlı mütəxəssis deyiləm, amma şübhəsiz ki, sizin arqumentinizdən, irəli sürdüyünüz yoldan bunun dünyada böyük əhəmiyyət kəsb etdiyini görə bilirəm”, - deyə ABŞ Dövlət katibi cavabında bildirib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur