Müğənni Təranə Qumralın qızı Qumral anasının yalan danışdığını etiraf edib.
Publika.az Olay-a istinadla xəbər verir ki, bu barədə o, “Xəbərin var?” verilişində danışıb.
Qumral bildirib ki, anası 4-cü övladını dünyaya gətirməyib və “Rəngarəng səhər” verilişində edilənlər sadəcə şou imiş.
O, “Bizim ideyamız deyildi” deyərək əslində bu fikrin aparıcı Zaur Nəbioğluna məxsus olduğunu qeyd edib.
Qeyd edək ki, bir müddət öncə Z. Nəbioğlunun verilişində Təranə və Musa cütlüyünün 4-cü övladının dünyaya gəldiyi deyilib, hətta onlar efirə uşaq arabası və üzünü gizlətdikləri körpə ilə çıxıblar.