Fransa ordusu erməni əsgərlərinə təlim keçir.
Publika.az xəbər verir ki, Fransanın Le Monde nəşri yazır ki, hərbi əməkdaşlığın genişləndirilməsi çərçivəsində Fransa ordusu erməni əsgərlərinə piyada və dağ döyüşlərində təlim keçməyə başlayıb.
"Rusiya İrəvanın əsas hərbi sponsorudur. Buna görə də ermənilərin piyada və dağ döyüş hazırlığı ən böyük ehtiyatla fevralın əvvəlindən başlayıb", - nəşr yazır.
Qeyd olunub ki, təlim bir ay davam etməlidir, lakin sonradan uzadıla bilər.