Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli məlumat verib.
O deyib ki, Hakan Fidanın Bakıya səfəri sabah İraqın paytaxtı Bağdaddakı görüşlərdən sonra baş tutacaq.
Türkiyəli nazir Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli şurasının 9-cu iclasında iştirak edəcək.