Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixeil Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevi növbədən kənar prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.
Publika.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.
"Qalibiyyət münasibətilə İlham Əliyevi təbrik edirəm. Prezident İlham Əliyevin etdiklərini Azərbaycan üçün heç kəs, heç bir zaman etməyib. O, tarixə qalib İlham kimi düşəcək və onun prezidentlik illəri Azərbaycan tarixində qızıl dövr kimi yazılacaqdır”, - o, paylaşımında qeyd edib.