“Səbail”in sabiq hücumçusu Aleksandr Ramalinqomun yeni klubu müəyyənləşib.
Publika.az xəbər verir ki, mövsümün sonunda “dənizçilər”dən ayrılan 31 yaşlı forvard karyerasını İsraildə davam etdirəcək.
Madaqaskarlı oyunçu yüksək liqada mübarizə aparan və ötən mövsümü 6-cı pillədə başa vuran “Bney Saxnin” ilə müqavilə imzalayıb.
Xatırladaq ki, Aleksandr Ramalinqom 2023/24 mövsümündə “Səbail”in heyətində Premyer Liqada 15 qol vurub və bombardirlər yarışında yalnız “Qarabağ”ın braziliyalı hücumçusu Juninyodan (20 qol) geri qalıb.