Müğənni Hadisə bu dəfə səhnə performansı ilə deyil, dostunun evində təşkil edilən qonaqlıqda rəqsi ilə gündəm yaradıb.
Publika.az xəbər verir ki, sənətçi dostları ilə əyləncə məclisində çəkilən kadrlarını instaqramda paylaşıb və "Əvvəli qəhqəhəli, sonu sürprizli" sözlərini qeyd edib. Süpürgə ilə rəqsini sonda paylaşan ulduzun görüntüləri diqqət çəkib. O, yaşıl uzun libasda süpürgəni əlinə alaraq oynamağa başlayıb.