Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 97 kvadratmetr olan ikiotaqlı mənzilin bir otağında bir ədəd divan-kreslo və bir ədəd kondisioner yanıb.
Milli.Az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Milli.Az