07.04.25 | Bakı 11.03° C |
21:55:28
Lent :

"010" binaya çırpıldı - Maşında olan azərbaycanlılar və erməni yaralandı

23 noy 2023 11:00
HADİSƏ
ads

Krasnodarın mərkəzində "Volkswagen"lə toqquşduqdan sonra "VAZ-2110" markalı avtomobil binaya çırpılıb. Eyni avtomobildə olan bir Ermənistan və iki Azərbaycan vətəndaşı xəsarət alıb.

Milli.Az teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Noyabrın 22-də axşam saatlarında "Volkswagen" markalı avtomobili idarə edən 46 yaşlı qadın yol kəsişməsində qeyri-qanuni dönmə edib, nəticədə "VAZ-2110" markalı avtomobillə toqquşub.

Toqquşmadan sonra "VAZ" yoluna davam etmək istəyərkən "Dzerjinski" küçəsindəki binalardan birinə çırpılıb.

Avtomobilin sürücüsü və iki sərnişin - 20 yaşlı Ermənistan və iki 19 yaşlı Azərbaycan vətəndaşı müayinə olunmaq üçün tibb müəssisəsinə aparılıb.

Qəza ilə bağlı inzibati araşdırma aparılır.

Milli.Az


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur