"Arsenal"ın baş məşqçisi Mikel Arteta postunu tərk edəcək.
Publika.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.
Artıq ispaniyalı mütəxəssis öz ətrafını qərarla bağlı məlumatlandırıb. Ayrılıq mövsüm bitdikdən dərhal sonra reallaşacaq.
Qeyd olunur ki, "Barselona"nın prezidenti Xuan Laporta dəfələrlə Artetanı komandanın "sükanı arxası"nda görmək istədiyini qeyd edib. Ancaq onun istefasının Xavinin "Barsa"dan ayrılması ilə heç bir əlaqəsi yoxdur. Mikel "Arsenal"dakı vəziyyətdən narazı olduğu üçün belə addım atmağa hazırlaşır.
Heybət