Böyük Britaniyanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Publika.az xəbər verir ki, bu barədə "Mehr" məlumat yayıb.
"Britaniyanın İran İslam Respublikasına qarşı ittihamlarının davam etməsindən sonra bu ölkənin Tehrandakı səfiri Saymon Şerkliff bu gün günortadan sonra Xarici İşlər Nazirliyinə çağırılıb və İranın kəskin etirazı ilə üzləşib", - məlumatda deyilir.
Hüseyn İbadlı