Türkiyənin paytaxtı Ankarada Səfirlərin 13-cü Konfransı fəaliyyətə başlayıb.
Qutb.az xəbər verir ki, tədbirdə xarici işlər naziri Mövlud Çavuşoğlu və 5 qitədəki 282 səfir və diplomatik nümayəndəliklərin rəhbərləri iştirak edir.
Qeyd edək ki, toplantıdan əvvəl səfirlər Anıt Qəbri ziyarət ediblər.
Xatırladaq ki, konfransda Türkiyənin xarici siyasətindəki son proseslər müzakirə olunacaq. Həmçinin digər regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılacaq.