İran Prezidenti İbrahim Rəisinin qəzaya uğrayan helikopterinin axtarış əməliyyatında iştirak edən Türkiyənin pilotsuz uçuş aparatının (PUA) "Akıncı" PUA-sının uçuşunu 200 mindən çox insan izləyib.
QÜTB.AZ xəbər verir ki, bu barədə "Flightradar24" portalı məlumat yayıb.
Qeyd edək ki, Türkiyə İrana 32 alpinist, 6 maşın, gecəgörmə sistemi olan bir "Cougar" helikopteri və "Akıncı" PUA yardım göndərib. Yerli vaxtla saat 01:15-də PUA qəzanın baş verdiyi Verzeqan əyalətinə çatıb. Həmin an İHA-nın uçuşunu 208 min insan izləyib ki, bu da o vaxt portalda ən populyar uçuş olub.
Hazırda Türkiyənin "Anadolu" dövlət agentliyinin saytında xtarış əməliyyatını PUA kamerası vasitəsilə canlı izləmək mümkündür. Hazırda axtarış əməliyyatını 2.8 milyon insan izləyir.
YENİ GÖRÜNTÜ - Akıncı IHA İran, Tebriz semalarında arama kurtarma çalışmalarına katılmaktadır. Görüntüler Türkiye saati ile 1.00'da kayda alınmıştır. https://t.co/UQUoUkDUvK
— AA Canlı (@AACanli) May 19, 2024
“Akıncı” pilotsuz hücum təyyarəsi 2021-ci ildən Türkiyə silahlı qüvvələri tərəfindən istifadə edilir və dünyanın bir neçə ordusunun xidmətindədir.