Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində II tur başa çatıb.
Publika.az xəbər verir ki, E qrupunda Belçika yığması Rumıniya ilə üz-üzə gəlib.
Qarşllaşma birincilərin qələbəsi ilə bitib - 2:0. Belçika millisinin heyətində 2-ci dəqiqədə Yuri Tilemans hesabı açıb. 80-ci dəqiqədə Kevin De Bruyne adını tabloya yazdırıb.
Ötən gün baş tutmuş görüşdə Ukrayna Slovakiyanı 2:1 hesabı ilə üstələyib. F qrupunda dörd komandanın hər birinin üç xalı var.
Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.