29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Universitet tələbəsindən qan donduran açıqlama: Təcavüz, təhdid, şantaj...

19 okt 2024 17:00
DÜNYA
ads
Advertisement

Türkiyədə universitet tələbəsinin sosial şəbəkədə paylaşdığı video trend mövzusuna çevrilib. Huşunu itirdikdən sonra cinsi istismar edildiyini açıqlayan gənc qız təhdid və şantajlara məruz qaldığını iddia edib.

QÜTB.AZ xəbər verir ki, “Ordu” universitetində təhsil alan F.K. sosial şəbəkədə paylaşdığı video ilə əlaqədar səlahiyyətlilərdən kömək istəyib.

O, cinsi təcavüzə, şantaj və təhdidlərə məruz qaldığını, dələduzluq ittihamı ilə üzləşdiyini bildirib.

İstismar edildiyini və həmin anların videoya çəkildiyini deyən gənc qız bu videolarla təhdid edildiyini qeyd edib.

F.K. ailəsinə zərər veriləcəyi təhlükəsi ilə bir il susmağa məcbur edildiyini və şəxsi məlumatları ilə dələduzluq törədildiyini vurğulayıb.

“Heç bir cinayətə görə həbs olunmaq istəmirəm. Mənə kömək edin", - deyə o, müraciətinə əlavə edib.

Roza Şəfiyeva

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur