01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

"Google" süni intellekt çatbotunun adını DƏYİŞDİRDİ

09 fev 2024 01:00
GÜNDƏM
ads
Advertisement

Amerikanın texnologiya korporasiyası "Google", süni intellekt (AI) çatbotunun "Bard" adını "Gemini" olaraq dəyişdirdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə şirkətin rəsmi bloqunda məlumat verilib .

"Gemini"nin funksionallıq baxımındam "Bard"dan heç bir fərqi yoxdur. Çatbot məlumat axtarmaq, mətn və şəkillər yaratmaq qabiliyyətinə malikdir. Eyni şey e-poçt, cədvəl və digər iş tapşırıqlarını tərtib etməyə kömək edən "Gmail" və "Google Sənədlər" kimi "Google Workspace" tətbiqlərindəki süni intellekt xüsusiyyətlərinə də aiddir.

İstifadəçilər "Android"də "Google Play" proqramlar mağazasında mövcud olan "Gemini"nin pulsuz versiyasından tətbiq kimi yararlana biləcəklər. iOS cihazlarının sahibləri yenilənmiş "Google" tətbiqi vasitəsilə çatbota giriş əldə edəcəklər.

Şirkət həmçinin ayda 20 dollara başa gələn AI-nin daha güclü versiyası olan "Gemini Ultra"ya pullu giriş təklif edir.

"Google" qeyd edib ki, "Ultra" modeli daha uzun söhbətləri dəstəkləməyə və daha çox kontekst təmin etməyə qadirdir, həmçinin proqramlaşdırma və məntiqi problemlərin həlli üçün daha uyğundur.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur