06.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

İranın nüvə obyektləri VURULACAQ?

03 yan 2025 04:01
GÜNDƏM
ads

Amerikanın hazırkı lideri Co Bayden komandası ilə birlikdə İranın nüvə obyektlərinə zərbə endirmək niyyətindən danışıb,

QÜTB.AZ xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.

Nəşrin mənbələri bildiriblər ki, milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Baydenə ABŞ-ın İranın nüvə obyektlərinə potensial hücum variantlarını təqdim edib.

“Sallivan prezident Baydenə iiranlıların 20 yanvar tarixinə qədər nüvə silahı yaratmaq üçün addımlar atacağı təqdirdə, ABŞ-ın İranın nüvə obyektlərinə potensial hücum variantlarını təqdim edib. Bu, indiyədək gizli qalan görüşdə baş verib.

Bayden bu məsələ ilə bağlı heç bir yekun qərar verməyib. Müzakirənin məqsədi mümkün ssenarilər üzərində işləmək olub”, - nəşr yazır.

Baydenin bir sıra köməkçiləri, o cümlədən Sallivan hesab edir ki, İranın hava hücumundan müdafiə və raket imkanlarının aşağı salınması uğurlu zərbə şansını artıracaq, həmçinin Tehranın cavab reaksiyası riskini, eləcə də regionda eskalasiyanı azaldacaq.

Bir müddət əvvəl ABŞ-ın dövlət katibi Antoni Blinken bildirmişdi ki, son iyirmi ildə Vaşinqton İranda rejimi dəyişdirmək üçün bir sıra eksperimentlər keçirib, lakin bu cəhdlər uğurlu olmayıb.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
136 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur