Dünya İqlim Fondunun Prezidenti Yens Nilson ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Publika.az xəbər verir ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi mötəbər tədbir olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesi üzrə fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.