28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Gələn aydan Türkiyədə inflyasiya kəskin azalacaq - Nazir açıqladı

05 iyn 2024 22:00
GÜNDƏM
ads
Advertisement

Gələn aydan başlayaraq Türkiyədə inflyasiya çox kəskin şəkildə aşağı düşməyə başlayacaq. Yolumuz bu istiqamətdədir. Keçid dövrü başa çatıb, deflyasiya dövrünə qədəm qoymuşuq.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək bildirib.

Orta və uzunmüddətli dövrdə iqtisadi böyüməyə təsir edəcək məqamlara toxunan nazir ticarətdə proteksionizm və parçalanmanın qlobal artıma mənfi təsir göstərdiyini, süni intellekt və struktur islahatlarının bunu artıracaq amillər arasında olduğunu deyib.

Nazir investisiya mühitinin yaxşılaşdırılmasını ayrıca müzakirə etdiklərini və bunun özlüyündə əhəmiyyətli bir məsələ olduğunu bildirib.

Qlobal iqtisadiyyata inteqrasiyanın vacibliyini vurğulayan Şimşək bildirib ki, hazırda Türkiyədə həyata keçirilən islahatlar eyni şəkildə davam etdiriləcəyi təqdirdə iki il ərzində qlobal normalara görə ölkənin milli gəlirində əlavə 4 ballıq, 4 ildə isə istehsalda əlavə 8 ballıq artım olacaq.

Mehmet Şimşək Türkiyənin qlobal ticarətdəki problemlərdən nisbətən daha az təsirlənən ölkələrdən olduğunu, investorların doğru proqnozlarını artırmaları üçün nəzərdə tutulan sabitlik və islahat proqramı haqqında məlumat verib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur