Qanunsuz erməni silahlarının fortifikasiya qurğuları quraşdırması cəhdinin qarşısı alınınb
Nəzəri-praktik təlim: "Obsessiv-kompulsiv pozuntunun yaranma səbəbləri və aradan qaldırılması..."
DİM buraxılış imtahanının nəticəsini açıqlayacaq - 50 min şagirdin gözlədiyi CAVAB
Dövlət İmtahan Mərkəzi (DİM) martın 3-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirsə də, nəticələrin açıqlanması uzanır.
Bəs nəticələr nə vaxt açıqlanacaq?
Qütb.az xəbər verir ki, DİM-dən Modern.az-a bildirilib ki, 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrinin bu həftə ərzində elan olunması nəzərdə tutulur.
“Qeyd edək ki, imtahan nəticələri hazır olan kimi elan olunur, dəqiq vaxt demək mümkün deyil”, - mərkəzdən deyilib.
Xatırladaq ki, martın 3-də respublikanın 30 şəhər və rayonda 11-ci sinfi bu il bitirən 52 mindən çox şagird buraxılış imtahanı verib. İlk dəfə olaraq Ağdərə rayonunun Talış kənd tam orta məktəbində də buraxılış imtahanı keçirilib.