ABŞ sakini ad günündə lotereya bileti alıb və böyük məbləğdə uduş əldə edib.
Publika.az xəbər verir ki, bu haqda "CBS News" məlumat yayıb.
İllinoys ştatının Palos Heights şəhərindən olan qadın ad günündə yanacaqdoldurma məntəqəsində dayanarkən lotereya bileti almaq qərarına gəlib. Ən çox sevdiyi bənövşəyi rəng olduğu üçün lotereya biletini də elə məhz bu rəngdə alıb. Biletin qoruyucu təbəqəsini silərkən böyük bir cekpot - bir milyon dollar qazandığını görən qadın gözlərinə inanmayıb. O, həqiqətən qalib olduğunu anlayanda göz yaşlarına boğulub.
“Ayaqlarım zəif idi. Evə çata biləcəyimi düşünmürdüm ", - deyə o vurğulayıb.
Xanımın sözlərinə görə, pul onun ailəsinin həyatını yaxşılığa doğru dəyişəcək. O qeyd edib ki, ailəsini dolandırmaq üçün uzun illər həyat yoldaşı ilə çox çalışıb.
“Biz istəyirik ki, uşaqlarımız dünyanın təklif etdiyi bütün imkanlara malik olsunlar”.
Cəmilə