Türkiyənin Tokat rayonunda Dünya Baytarlıq Günü münasibətilə pişik gözəllik yarışması keçirilib.
Publika.az xəbər verir ki, Tokat Baytarlıq Palatasının bağçasında keçirilən yarışmada “bəzəkli” və “baxımlı” kateqoriyalarında 28 pişik podiuma çıxıb.
Münsiflər heyəti müsabiqədə iştirak edən pişiklərin gözlərini, qulaqlarını, pəncələrini və bədənlərini yoxlayıb.
Baxımlı kateqoriyada Feyza Gökçenin pişiyi Şila, bəzəkli kateqoriyada isə Songül Elcenin pişiyi Salen birinci olub.
Müsabiqədə ən yüksək yer tutan pişiklərə medallar verilib.
Roza Şəfiyeva