Fransa lazım olduğu müddətcə Ukraynanı dəstəkləməyə davam edəcək.
Publika.az xəbər verir ki, ölkə prezidenti Emmanuel Makron Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində belə deyib.
“Bizim uzunmüddətli dəstəyimizi təmin etmək və Ukraynanın NATO-ya daxil olması istiqamətində irəliləyiş əldə etmək üçün burada, Vaşinqtonda mühüm qərarlar qəbul edilib”, - deyə o, jurnalistlərə bildirib.
Macarıstanın baş naziri Viktor Orbanın Ukrayna, Rusiya və Çinə səfərlərini şərh edən Makron qeyd edib ki, Orban belə səfərlər edə bilər, lakin Avropa İttifaqı adından yox.
Fransa lideri həmçinin deyib ki, ABŞ prezidenti Co Bayden NATO sammitindəki bütün proseslərdən xəbərdardır:
“Dünən şam yeməyində prezident Baydenlə ətraflı danışmaq imkanım oldu. Həmişə olduğu kimi, vəziyyətə nəzarət edən və yaxşı bildiyi məsələləri aydın başa düşən bir prezident gördüm”.
Cəmilə