Ukrayna Qərb müttəfiqlərinə 2025-ci ildə hərbi əməliyyatları davam etdirmək üçün azı 120 milyard dollara ehtiyacı olduğunu bildirib.
QÜTB.AZ xəbər verir ki, bu barədə ANSA agentliyi NATO-dakı mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, bu, Vaşinqtonda keçirilən alyans sammitində razılaşdırılan 40 milyard dollardan xeyli çoxdur. Bu məsələ Brüsseldə Ukrayna xarici işlər nazirinin iştirakı ilə keçiriləcək Ukrayna-NATO Şurasının növbəti iclasında qaldırıla bilər.
Həmçinin qeyd edilib ki, Ukrayna yaxın günlərdə rəsmi olaraq NATO-ya heç bir rəsmi dəvət almayacaq, çünki XİN rəhbərləri dövlət və hökumət başçıları səviyyəsində qərar qəbul edilməmişdən əvvəl bunu tövsiyə edə bilməzlər. “Müzakirələr hələ də davam edir və hələlik heç bir qərar yoxdur”, - mənbə ANSA-ya bildirib.