Tiflisdə onlarla şəxs Mixail Saakaşvilinin müxalif Vahid Milli Hərəkat Partiyasının (UNM) ofisinə hücum edib,
Publika.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə UNM-in bəyanatında deyilir.
Məlumata görə, hücumda 100-ə qədər adam iştirak edib, binanın pəncərələri, qapıları sındırılıb. Gürcüstanın Daxili İşlər Nazirliyi UNM-nin hücumla bağlı məlumatlarını hələ şərh etməyib.
UNM ofisi hücumun nəticələrini əks etdirən foto və videoları dərc edib. Onlar göstərirlər ki, binadan kənarda divar və pəncərələr ciddi zədələnib. Partiyanın ofisinin daxilində ziyanın olub-olmadığı məlum deyil.
Partiyanın bəyanatında deyilir ki, hücum zamanı “partiya avadanlığı” zədələnib. Digər təfərrüatlar verilmir.
Adəm