2023-cü ilin yanvar-noyabr aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 169,3 manat olub.
Bu barədə Publika.az.az-a Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verib.
Bildirilir ki, orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 9,5 % çoxdur.
Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,2 % artaraq 923,1 manata çatıb.