Fransa Respublikasının hakimiyyət orqanları Ukraynaya qoşun göndərməyə hazır olan ölkələri tapmaq üçün tərəfdaşlarla işləyir.
Publika.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
"Fransa potensial olaraq Ukraynaya qoşun göndərməyə hazır olan ölkələrin ittifaqı yaradır", - nəşr bildirib.
Gələcəkdə belə bir siyasətin Almaniya ilə münaqişəyə səbəb ola biləcəyi aydınlaşdırılır.
Fransa prezidenti Emmanuel Makron daha əvvəl bildirib ki, Qərb qoşunlarının Ukraynaya göndərilməsi ehtimalı istisna oluna bilməz. Onun sözlərinə görə, bu məsələ Parisdə keçirilən konfransda müzakirə edilib, lakin orada iştirak edənlər bu mövzuda konsensus əldə etməyiblər.
Hüseyn İbadlı