29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Ekspert aviasiya sahəsində qlobal böhranın səbəblərini açıqlayıb

13 iyl 2022 08:32
GÜNDƏM
ads
Advertisement

Məzuniyyət mövsümünün gəlişi ilə dünyada aviaəlaqə əhəmiyyətli dərəcədə aktivləşib. Bununla belə, bəzi ölkələrdə sərnişinlər bilet alışında getdikcə daha çox çətinliklərlə üzləşir, saatlarla gecikən reysləri gözləməli olur, həmçinin birbaşa uçuşlar tapa bilmirlər. Aviasiya sahəsində qlobal böhranın meydana gəlməsi haqqında “Report”un Rusiya bürosuna “Avia.ru” saytının baş redaktoru Roman Qusarov danışıb.

“2020-ci ildə pandemiya baş qaldıranda sərhədlər bağlandı, hər yerdə karantin elan edildi və sərnişin axını, demək olar ki, sıfıra endi. Koronavirusun müxtəlif dalğalarının bir-birini əvəz etməsi səbəbindən pandemiya kifayət qədər uzun müddət davam etdi. Sərnişin axınının olmadığı dövr ərzində aviaşirkətlər öz xərclərini minimuma endirməyə çalışdılar, çünki işçilərin əmək haqqısını ödəmək üçün mədaxil yox idi”, - o bildirib.

Ekspertin fikrincə, məhz bu səbəbdən aviaşirkətlər minlərlə insanı işdən azad etməklə öz xərclərini azaltmış oldu və həmin vaxt tələb olunan vəziyyətə uyğunlaşdırdı: “Pandemiya aradan qalxdıqdan sonra isə hamı səyahət etməyə can atır, aviaşirkətlərin isə bunu qarşılayacaq kifayət qədər işçi heyəti yoxdur, onları yığmaq isə vaxt tələb edir. Hava daşımalarına son dərəcə yüksək tələb yarandıqda dünya üzrə aviaşirkətlər işçi heyəti çatışmazlığı səbəbindən bütün sərnişin axını həcmini qarşılamaq iqtidarında olmadığını bəyan etdi”.

R.Qusarov bildirir ki, aviasiya sahəsində böhranın əsas səbəbi işçi heyəti çatışmazlığı ilə bağlıdır: “Bütün uçuş proqramını həyata keçirmək iqtidarında olmadığı bəyan edən şirkətlərə diqqət yetirsək, səbəb kimi işçi heyəti, xüsusilə də pilot çatışmazlığının göstərildiyinin şahidi olarıq”.

Baş redaktor vurğulayıb ki, daşıma həcmlərinin əvvəlki səviyyəyə çatması üçün vaxt tələb olunacaq.

Onun sözlərinə görə, vəziyyəti daha da çətinləşdirən səbəblərdən biri də Rusiyaya qarşı sanksiyaların tətbiqi ola bilər: “Rusiyaya qarşı tətbiq olunan sanksiyalar aviasiya sahəsində böhrana təsir göstərə bilər. Rusiya vətəndaşları Avropaya tranzitlə uçurlar, müvafiq olaraq, qiymətlərdə artım qeydə alınıb. Bununla belə, Rusiya şirkətlərinə və təyyarələrinə qarşı sanksiyaların tətbiqi səbəbindən uçuş sayını artırmaq mümkün olmur. Rusiya tərəfi hava parklarının böyük hissəsindən bu istiqamətdə uçuşlar üçün istifadə edə bilmir”.

Ekspert vurğulayıb ki, cavab sanksiyaları səbəbindən Avropa aviaşirkətləri Rusiyadan tranzitlə Asiyaya uça bilmir. Bunun üçün Rusiyadan yan keçmək tələb olunur, bu isə həm marşrutu uzatmış olur, həm də qiymətlərə təsir göstərir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur