Sabah Korsikada Fransanın siyasətinə etiraz olaraq növbəti aksiya keçiriləcək.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Fransa hökuməti Korsikada baş verə biləcək aksiyadan ehtiyatlanır. Buna görə də adaya əlavə qüvvələr göndərilir.
Parisin “Şarl de Qoll” adına hava limanında çəkilən fotonu əsas gətirən xəbər mənbələri xüsusi xidmət orqanlarının əməkdaşlarının təcili adaya göndərildiyini qeyd ediblər.
Qeyd edək ki, sabah “Nazione” hərəkatının liderlərindən birinin ildönümünə həsr edilən iclas keçiriləcək. Ardınca etiraz aksiyasının baş tutması gözlənilir. Hərəkat lideri bir neçə il öncə həbsdə hücum nəticəsində öldürülmüşdü.