İndi İran prezidenti İbrahim Rəisi və onun xarici işlər nazirini daşıyan helikopterin qatı dumanda uçarkən qəzaya uğraması ilə bağlı xəbərlərdən sonra xarici rəsmilərin reaksiyasına nəzər salaq:
Rusiya, Azərbaycan, Ermənistan və İraq helikopterin tapılması üçün xilasetmə işlərinə yardım etməyi təklif ediblər
Rusiya da qəzanın səbəblərinin araşdırılmasına köməklik təklif edib
Birləşmiş Ərəb Əmirlikləri də dəstək təklif edib və İranın yanında olduğunu bildirib
Türkiyə İrana dağ xilasetmə qrupu göndərdi və daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qəzadan kədərləndiyini bildirmişdi.
Ərdoğan deyib: "Ümid edirəm ki, Rəisi və nümayəndə heyətindən ən qısa zamanda yaxşı xəbər alacağım"
Ağ Evin sözçüsü bildirib ki, ABŞ prezidenti Co Bayden hadisə ilə bağlı məlumatlandırılıb
BMT-nin baş katibi Antonio Quterres isə qəza ilə bağlı yenilikləri izləyir. "O, prezidentin və ətrafının təhlükəsizliyinə ümid edir", - BMT sözçüsü bəyanatda bildirib.