02.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Rusiya BMT qətnamələrini pozur: Yaponiyadan İTTİHAM

20 iyn 2024 14:00
GÜNDƏM
ads

Yaponiya yenidən Rusiyanı Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə əməkdaşlıq edərək BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmaqda ittiham edib.

Publika.az xəbər verir ki, bu barədə Yaponiya hökumətinin baş katibi Yoşimasa Hayaşi danışıb.

Onun sözlərinə görə, Rusiya guya KXDR-dən silah almaqla “açıq-aşkar BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur”.

Yaponiya Nazirlər Kabinetinin baş katibi həmçinin Rusiya Federasiyası ilə KXDR arasında iddia edilən hərbi-texniki əməkdaşlıqla bağlı narahatlığını bildirib: “Biz bu əməkdaşlığın regiondakı və ölkəmizdəki təhlükəsizlik vəziyyətinə təsirindən son dərəcə narahatıq”.

Eyni zamanda o, Moskva ilə Pxenyan arasında imzalanmış hərtərəfli strateji tərəfdaşlıq sazişinin məzmununu şərh etməkdən çəkinib.

Hayaşi qeyd edib ki, Yaponiya beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edərək, BMT Təhlükəsizlik Şurasının KXDR-i Pxenyanın nüvə raket proqramının inkişafının dayandırılmasına yönəlmiş qətnamələrinə tam əməl etməyə davam edəcək.

Adəm Abbaslı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur