Evdən 9 min manatdan çox qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Milli.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, İmişli rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən qızıl-zinət əşyaları və pul oğurlanması barədə məlumat daxil olub. Daxil olan məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq faktını törətməkdə şübhəli bilinən rayon sakini Elxan Məmmədli və bir yeniyetmə müəyyən edilərək saxlanılıblar.
Aparılan araşdırmalar zamanı məlum olub ki, Elxan Məmmədli tanışı olan yeniyetmə ilə qabaqcadan əlbir olaraq zərərçəkmişin yaşadığı ünvana qanunsuz daxil olaraq oradan dəyəri 8855 manat olan qızıl-zinət əşyaları və 190 manat pul oğurlayaraq 9000 manatdan çox maddi ziyan vurublar. oğurluq yolu ilə ələ keçirdikləri qənimətlərin əksəriyyətini dəyərindən ucuz qiymətə satan həmin şəxslər əldə etdikləri pulları öz aralarında bölüblər. Qızılların bir qismi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Milli.Az