Ukrayna lideri Vladimir Zelenski Rusiya ilə danışıqlar aparmaq qərarına gəlməlidir.
Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “İslahat” partiyasının lideri Naycel Faraj danışıb.
“Mən Zelenskiyə deyərdim: “Qulaq as, Qərb səni hələ də dəstəkləyir və dəstəkləməkdə davam edəcək, amma indi itirdiyin gənclərin faizi çox böyükdür. Heç olmasa danışıqlar aparmağın vaxtı çatmayıbmı?” O, bundan imtina edə bilməzdi”, - deyə “Daily Mirror” siyasətçidən sitat gətirib.
Xatırladaq ki, bundan əlavə, Faraj bildirmişdi ki, Ukrayna müəyyən ərazi itirsə də, Rusiya tərəfi ilə danışıqlar masasına oturmalıdır.
Adəm Abbaslı