Latviyada hakimiyyətin kənd təsərrüfatı sahəsində siyasətinə qarşı genişmiqyaslı etiraz aksiyası təşkil edən fermerlər digər məsələlərlə yanaşı, Rusiya və Belarus mallarının, o cümlədən ərzaq məhsullarının da daxil olmaqla Latviya ərazisindən idxalını və tranzitini dayandırmağı tələb ediblər.
Publika.az "Report"-a istinadən xəbər verir ki, bu barədə “lsm.lv” milli dövlət televiziya və radio portalı məlumat yayıb.
Aksiyanın regional koordinatorlarından biri, fermer Ayqar Putranın qeyd edib ki, aksiya iştirakçıları tələblərində haqlıdırlar:
“Latviya kəndliləri Rusiya və Belarus ərzaq məhsullarının keçid dövrü olmadan idxalına dərhal qadağa qoyulmasını, Latviya meyvə və tərəvəzlərinə 5% əlavə dəyər vergisinin azaldılmış dərəcəsini bərpa edilməsini, aqrar sektorda hakimiyyət orqanları tərəfindən qoyulan bürokratik yükü azaldılmasını, inkişaf və dövriyyə kapitalı proqramlarına çıxış imkanlarının genişləndirilməsini tələb edirlər”, - məlumatda deyilir.