29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Xalq artisti: Toyxana görməyən xanəndə ola bilməz

27 yan 2024 06:00
GÜNDƏM
ads
Advertisement

İndiki toylarda toyluq qalmayıb, hamısı şoudur. Mənim də az yaşım yoxdur, əvvəlki toyları görmüşəm. Buna görə şükür edirəm.

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Zabit Nəbizadə “Xəzər axşamı” verilişində deyib. O, keçmişdəki və indiki toyları müqayisə edib:

“Abşeron kəndlərindəki məclislərdə yerə yorğan-döşək düzüb, bardaş qurub, çay içə-içə musiqiyə qulaq asırdılar. Komendant saatları olanda axşam 10-da tar və kamança ifaçılarını azad edirdilər ki, gedin. 1991-1992-ci illərdə belə idi. Klarnet dəstələri səhərə kimi ifa edirdilər. İnsanlar musiqədən doymurdular.

Dünən imtahanda da dedim ki, gül kimi uşaqları öyrədirik, amma toyxana görməyən xanəndədən xanəndə, musiqiçidən isə musiqiçi ola bilməz. Ən böyük məktəb toyxana idi, şahidlərim də var. Bir muğamı 45 dəqiqədən az oxumurduq”.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur