Xalq artisti Niyaməddin Musayev əməliyyat olunub.
Publika.az xəbər verir ki, görmə problemi olan sənətçi bıçaq altına yatıb.
Bu haqda N.Musayev "Xəzər axşamı" proqramında danışıb:
"Son vaxtlarda gözüm dumanlı görürdü. Heç vaxt da eynək taxmamışdım. Gözümə xüsusi linzalardan qoyuldu. İndi hər şeyi çox gözəl görürəm".
(Axşam.az)