29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Fərda efirdə ƏSƏBİLƏŞDİ: “Çörək kəsdiklərim məni...”

31 yan 2024 13:00
GÜNDƏM
ads
Advertisement

Aktyor Fərda Amin onu toylardan və tədbirlərdən "buran" şou əhlinə efirdən xəbərdarlıq ünvanlayıb.

Publika.az bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu "Rəngarəng səhər" verilişində danışıb.

"2015-2018-ci illərə kimi toylara ara verdim. Səbəb isə çəkildiyim filmlərlə əlaqədar idi. O aralar toylara getmək istəsəm də, çatdıra bilməzdim. Çünki bir film bir günə başa gəlmir. Ən azı bir ay bir filmə vaxt sərf olunur. Ona görə də toylara getməyi saxladım. 2-3 ay ərzində toy sahiblərindən eşitdim ki, çörək kəsdiklərim - içində müğənnilər də, aktyorlar da var, guya mən toya getmirəm. Çörəyi verən Allahdır, amma bu cür yer üzündə şeytanlar da var. Bir şəxs deyir ki, arzum idi ki, oğlumun toyunu sən aparardın. Elə bir yaxın dostumdan sənin toyumuza gəlib aparmağını istədim ki, amma dedi ki, zəng vurub istəmə, çünki acılaya bilər. Guya mən toylara getməyi "tövbə" etmişəm. Cavab verdim ki, məclis olsun, gedim də...

Heç kimlə işim yoxdur. Məni toylardan "buran" insanlara yalnız yaxşılıq etmişəm. Ayıb olsun sizə! İnsanların çörəyi ilə oynamayın. Hamı ailə saxlayır. Zaman gələcək sizin adlarınızı da bir-bir açıqlayacağam. Sizə etdiklərim burnunuzdan gəlsin. Sizi bir şadlıq evinə toplu şəkildə yığıb, hərənizə bir mikrofon verib deyərəm ki, gəlin, toyu başlayaq və bitirək. Söhbət aparıcılıqdan və toyun şousundan gedir. Sevənlərimə də səslənirəm ki, sizin toyunuzda və məclisinizdə olmağımdan başımla hazıram. Bir də eyni insanın adı qulağıma ikinci dəfə gəlsə, öz səhifəmdə də, çıxdığım hər hansı efirdə də ifşa edəcəyəm. Bəsdirin, mənimlə soyuq müharibə apardınız. Cürətiniz çatırsa, yenidən məni toylardan "burun".


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur