Türkiyənin Daxili işlər naziri Əli Yerlikaya 74 bölgədə lisenziyasız silah daşıyan şəxslərə və silah qaçaqmalçılarına qarşı 4 gündür davam edən "MERCEK-11" əməliyyatlarında 1124 şübhəlinin saxlanıldığını açıqlayıb.
Publika.az xəbər verir ki, Yerlikaya sosial media hesabındakı paylaşımında xalqın dincliyini pozan mütəşəkkil cinayətkar təşkilatları və onlara silah verənləri axtardıqlarını bildirib.
Əməliyyat nəticəsində 749 sənədsiz tapança, 72 ov tüfəngi, 26 ədəd uzun lüləli tüfəng ələ keçirilib, 1124 şübhəli saxlanılıb.
Əməliyyatlar İstanbul, İzmir, Adana, Ankara və Konyada keçirilib.
Yerlikaya əməliyyatları həyata keçirən jandarma və polis qüvvələrini təbrik edib.
Roza Şəfiyeva