01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Fail Alsınov həbs edildi

17 yan 2024 10:00
GÜNDƏM
ads

Başqırdıstanın Baymak şəhərindəki məhkəmə binası qarşısında bir neçə min nəfər etiraz aksiyası keçirib.

Publika.az xəbər verir ki, yanvarın 17-də məhkəmə fəal Fail Alsınovu etnik ədavətin qızışdırılması işi üzrə 4 il müddətinə azadlıqdan məhrum edib. Alsınov təqsirini boynuna almayıb və məhkəmə qərarından apellyasiya şikayəti vermək niyyətindədir.

“Rusnews” xəbər verir ki, məhkəmə binasına bir neçə min insan gəlib. “Layout” üç minə yaxın insanın toplaşdığını yazır. Şahidlər bildiriblər ki, izdiham yanvarın 15-də Alsınova dəstək vermək üçün məhkəmə binasının qarşısında keçirilən aksiyadakından bir neçə dəfə çox olub.

Hökmdən əvvəl polis Baymakda yolu bağlayıb və avtomobilləri buraxmayıb. Şahidlər şəhərdə internetin kəsildiyini iddia ediblər. Etirazçılar “Azadlıq!” şüarları səsləndirib, həmçinin Başqırdıstan rəhbəri Radiy Xabirovun istefasını tələb ediblər.

“NeMoskva Speaks” teleqram kanalının müxbiri hadisə yerindən bildirib ki, hökm elan edildikdən sonra məhkəmə binası yaxınlığında həbslər başlayıb

Çevik polis qüvvələri etirazçıları dəyənəklərlə döyüb, cavab olaraq onlara qar parçaları, həmçinin əlcək və papaqlar atılıb. Polisin gözyaşardıcı qazdan istifadə etdiyi bildirilib. “NeMoskva Says” xəbər verir ki, etirazçılara tüstü bombaları atılıb.

Neçə nəfərin saxlanıldığı dəqiq məlum deyil. Başqırdıstanın Daxili İşlər Nazirliyi hələ ki, bununla bağlı açıqlama verməyib.

Başqırdıstanda etirazlar fonunda Rusiyanın bir sıra regionlarında “WhatsApp” messencerinin işində fasilələr yaranıb. “Sboi.rf” portalının məlumatına görə, giriş problemləri yanvarın 16-da yaranıb və ertəsi gün də davam edib.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur