02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Evi qanunsuz sökülən qadınla bağlı YENİ XƏBƏR

07 iyl 2024 16:00
GÜNDƏM
ads

Bir neçə gün öncə gecə saatlarında Bakının Yasamal rayonunda qanunsuz olaraq evi sökülən və buna görə küçədə qalan qadına dəymiş ziyanın müəyyən hissəsi ödənilib.

Publika.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında zərərçəkmiş Afət Quliyevanın özü deyib.

O bildirib ki, dəymiş ziyanın bir hissəsi ödənilməklə yanaşı, müvəqqəti yaşamaq üçün evlə də təmin olunub. A.Quliyeva hazırda həmin evə köçməyə hazırlaşdığını deyib.

Qeyd edək ki, hadisə ilə bağlı Yasamal rayon Prokurorluğunda dərhal araşdırma başladılıb.

Mənzilin heç bir məhkəmə qərarı olmadan qanunsuz söküldüyü müəyyən edilib. Rayon prokurorluğu tərəfindən dəlil və sübutlar toplanıb, “İbrahim-Q” MTK-nın bir sıra vəzifəli şəxslərinin ifadəsi alınıb. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur