Fransa Prezidenti Emmanel Makron yaxın həftələrdə Kiyevə səfər edəcək.
Publika.az xəbər verir ki, bu barədə AFP Yelisey sarayına istinadla məlumat yayıb.
Bildirilib ki, bu qərar Makron və Ukrayna prezidenti Volodimir Zelenski arasında bazar günü, martın 10-da baş tutan telefon danışığından sonra verilib.
İki ölkənin liderləri müxtəlif sahələrdə, o cümlədən kibertəhlükəsizlik, minalardan təmizləmə və silah istehsalı sahəsində əməkdaşlığı gücləndirmək istəklərini təsdiqləyiblər.
Bir gün əvvəl Ukrayna prezidenti "X" sosial şəbəkədəki səhifəsində Makronun tezliklə Ukraynaya səfər edəcəyini açıqlamışdı.
Hüseyn İbadlı