Delimitasiya və demarkasiya ilə bağlı məsələlər hələ də müzakirə mərhələsindədir.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mger Qriqoryanın ofisi məlumat yayıb.
Tavuşda işğal altında saxlanılan Qazaxın 7 kəndindən anklav olmayan 4 kəndinin Azərbaycana qaytarılması məsələsinin hansı sənədlər üzərində müzakirə edildiyi açıqlanmayıb.
Həmçinin komissiyaların növbəti iclasının vaxtı haqqında da məlumat verilməyib.