Rusiyanın böyük pivə içkiləri istehsalçıları pərakəndə satış şəbəkələrinə satış qiymətlərinin 8-15 faiz artacağı barədə xəbərdarlıq ediblər.
Publika.az xəbər verir ki, bu barədə Pərakəndə Ticarət Şirkətləri Assosiasiyasının (AKORT) Rəyasət Heyətinin sədri İqor Karavayev bildirib.
İndi pərakəndə satıcılar içkilərin bahalaşmasının əsaslılığını yoxlayır. Karavayevin sözlərinə görə, satış qiymətlərindəki artım istehlakçılara “mümkün qədər rəvan, sıçrayışlar olmadan” ötürüləcək.
“Qiymətlərin artması təbiidir, çünki istehsalçılar inflyasiya, xammalın qiymətlərinin artması, logistika xərcləri və əmək haqqının indeksasiyası səbəbindən istehsal xərclərinin artması ilə üzləşirlər”, - Federal və Regional Alkoqol Bazarlarının Tədqiqat Mərkəzinin direktoru Vadim Drobiz qeyd edib.
“Kompentlər hələ də əsasən xaricdən gətirilir. Bütün bunlar resurslar və yeni şərtlər tələb edir, ona görə də qiymətlər qalxacaq”, - o bildirib.
Tural