Avropa Parlamenti dünyada süni intellekt texnologiyalarından istifadəni tənzimləyən ilk qanunu təsdiqləyib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, müvafiq sənədin lehinə 523, əleyhinə 46 deputat səs verib, 49 nəfər isə bitərəf qalıb.
Qanun süni intellektdən istifadə zamanı risklərin azaldılması prinsipinə əsaslanır. Yeni qaydalara vətəndaşların hüquqlarını təhdid edən bəzi süni intellekt tətbiqlərinə qadağa daxildir.
İnsanları müəyyən etmək və ya onların emosiyalarını tanımaq üçün fərdi, etnik və ya dini xüsusiyyətlərin istifadəsi ciddi şəkildə məhdudlaşdırılır.
Qanunun nəzərdə tutduğu qadağalar noyabr ayında qüvvəyə minəcək.