01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Rusiya məhkəməsi casusluqda ittiham olunan koreyalı barədə QƏRAR VERDİ

13 mar 2024 08:00
GÜNDƏM
ads

Moskvanın Lefortovo məhkəməsi Rusiyada casusluq ittihamı ilə saxlanılan Cənubi Koreya vətəndaşı Baek Von-Soonun həbs müddətini üç ay - iyunun 15-dək uzadıb.

Publika.az xəbər verir ki, Cənubi Koreya rəsmiləri hadisəni təsdiqləyiblər və saxlanılan şəxsin ölkəyə qayıtması üçün danışıqların davam etdiyini qeyd ediblər. Bildirilib ki, Baek Von-son onilliklər ərzində casusluqda ittiham olunan ilk Cənubi Koreyalıdır.

Cənubi Koreya Xarici İşlər Nazirliyindən verilən açıqlamada təfərrüatın araşdırıldığı və hər hansı şərh verməyin çətin olduğu qeyd edilib.

Rusiya mediası Baek Von-sonun ilin əvvəlində saxlanıldığını və Moskvada həbsxanada olduğunu açıqlayıb. Bununla belə, Rusiya mətbuatı adı açıqlanmayan rəsmiyə əsaslanaraq, Von-sonun dövlət məlumatlarını xarici kəşfiyyat xidmətlərinə ötürdüyünü bildirib.

Bundan əlavə, Von-sonu tanıyan bir şəxs Rusiyada çalışan Şimali Koreya işçilərini dəstəklədiyini və onların qaçmasına kömək etməyə çalışdığını bildirib.

Qeyd edək ki, Cənubi Koreya mediası Seul administrasiyasına ötən ay Rusiya rəsmiləri tərəfindən məlumat verildiyini yazıb. Xəbərdə Von-sonun yanvar ayında Çindən Vladivostoka gələrkən Rusiya Təhlükəsizlik Xidməti tərəfindən saxlanıldığı bildirilir.

Məlumata görə, Von-sonun həyat yoldaşı da saxlanılıb. O, daha sonra sərbəst buraxılıb.

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur