Yaxın günlərdə minalanmış ərazilərin 8 yeni xəritəsi Azərbaycana veriləcək.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
"Bu sənədlərin surətləri beynəlxalq tərəfdaşlara göndəriləcək", - məlumatda deyilir.
Qeyd edilib ki, sözügedən xəritələr işçi kanallar vasitəsilə Azərbaycan tərəfinə ötürüləcək.
Hüseyn İbadlı