Beynəlxalq Çay Günü hər il dekabrın 15-də qeyd olunan qeyri-rəsmi bayramdır. “Beynəlxalq Çay Günü” nisbətən gənc bayram hesab edilir.
QÜTB.AZ xəbər verir ki, "Çay Günü"nü qeyd etmək ideyası uzun illər havada qaldıqdan, Hindistanın Mumbay şəhərində və Braziliyanın Porto Aleqri şəhərində beynəlxalq sosial forumlarda müzakirələrdən sonra 15 dekabr tarixi “Beynəlxalq Çay Günü” adlandırılmağa başlanır.
“Beynəlxalq Çay Günü”nün qeyd edilməsində məqsəd cəmiyyətin və siyasi xadimlərin diqqətini çay ticarəti problemlərinə, çay istehsalı ilə məşğul olan işçilərin mövqeyinə, kiçik istehsalçılarla iri şirkətlər arasında mübarizədə yaranan çətinliklərə cəlb etmək, eləcə də bu içkinin dünyada yayılması idi.
“Beynəlxalq Çay Günü” Hindistan, Şri-Lankada geniş qeyd olunur, lakin beynəlxalq çay istehsalçıları olan Banqladeş, Nepal, İndoneziya, Malayziya, Uqanda və Tanzaniya kimi ölkələr də bu bayramdan kənarda qalmır.