07.04.25 | Bakı 11.03° C |
23:04:17
Lent :

İtaliya futbolunda növbəti qalmaqal: FİFA və UEFA sərt xəbərdarlıq etdi

12 iyl 2024 14:00
İDMAN
ads
Advertisement

FİFA və UEFA İtaliyanı komandaların beynəlxalq turnirlərdən kənarlaşdırılması ilə hədələyib.

Publika.az xəbər verir ki, bu barədə "La Repubblica" qəzeti məlumat yayıb.

Məsələ burasındadır ki, "Forza Italia" partiyasının üzvü Cyorcyo Mule liqalara İtaliya Futbol Federasiyasından ayrılaraq tam müstəqillik verən fərman təqdim etməklə ölkənin idman qanunvericiliyinin dəyişdirilməsini təklif edib. A Seriyası federasiyanın ona birbaşa aidiyyəti olan qərarlarına münasibət bildirmək hüququna malik olacaq, futbolçular və klublar isə idman məhkəmələrinə deyil, inzibati məhkəmələrə müraciət edə biləcəklər.

Bu düzəlişdə futbol hakimiyyəti mövcud futbol sisteminin prinsip və dəyərlərinə uyğun gəlməyən idmana dövlət müdaxiləsini görüb. Belə bir düzəliş qüvvəyə minərsə, İtaliya klubları beynəlxalq turnirlərdən kənarlaşdırıla, ölkə Avro-2032-yə ev sahibliyi etmək hüququnu itirə bilər.

Heybət


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur